Azərbaycanda məktəbə hücum etdilər - FOTO

Azərbaycanda məktəbə hücum etdilər - FOTO
Foto
Hadisə 554

Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.

Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev açıqlamasında bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib.

Hadisəni törədən şəxslərin kimliyi hələlik məlum deyil.

Qeyd edək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər