Azərbaycanda məktəbdə yanğın: Yanğınsöndürən texnikalar cəlb edildi - FOTO
20
iyn
2024
06:43
Şəkidə məktəbin istifadə olunmayan korpusunda yanğın baş verib.
"Report"un məlumatına görə, güclü yanğın Turan qəsəbə tam orta məktəbinin istifadəyə yararsız, bir müddətdir tədris keçirilməyən korpusunda qeydə alınıb.
Hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Hazırda ikimərtəbəli məktəb korpusunun söndürülməsi istiqamətində işlər aparılır.
Azı üç yanğınsöndürən texnikasının cəlb olunduğu bildirilib.
Oxşar xəbərlər
"Pulu verərək tortu ondan alanda Aysel əlimə toxundu..." - Şok təfərrüat
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 2000-ci il təvəllüdlü Turan həmkəndlisi Ayselə (adlar şərti verilib - red.) seksual xarakterli hərəkətlər edib....