Azərbaycanda məktəbdə biabırçı hadisə: İntizamsız şagirdlərin şəkilləri paylaşıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlərdə sosial şəbəkələrdə rayonlardan birində yerləşən orta məktəbdə nizam-intizam və davranış qaydalarını pozan şagirdlərə qırmızı kart verilməsi, həmin şagirdlərin fotolarının təhsil müəssisəsinin sosial media hesabında paylaşılması ciddi müzakirələrə səbəb olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbində yaxşı oxuyan, davranış qaydaları normal olan şagirdlərə yaşıl kart, yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə isə qırmızı kart verilib. Qırmızı kart alan şagirdlərin fotoları məktəbin “Facebook” səhifəsində paylaşılıb.
Məktəbdə yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Məsələni daha dəqiq aydınlaşdırmaq üçün Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etdik.
Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva bildirib ki, məsələ nəzarətə götürülüb.
Onun sözlərinə görə, müvafiq şəxslərin izahatı alınıb:
“Şəkillər məktəbin sosial media hesabından çıxarılıb”.
Qalereya
Oxşar xəbərlər
Ağstafada 40 yaşlı kişi küçədə keçmiş arvadını zorladı - TƏFƏRRÜAT
Ağstafa rayonunda 1982-ci il təvəllüdlü Rahib keçmiş arvadı, 1985-ci il təvəllüdlü Samirəni döyüb, sonra da təcavüz edib. BAKU.WS “demokrat.az”a istinadən xəbər...