Magistral yolda "ölüm oyunu" oynayan gənclərlə bağlı DYP-dən AÇIQLAMA - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda magistral yollardan birində gənclər yol hərəkəti qaydalarını pozublar. Onlardan biri ayağını pedaldan çəkərək yerinə idman ayaqqabısı qoyub və maşını bu formada idarə edib.
Qanun pozuntusu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin Baş inspektoru, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə açıqlamasında bildirib ki, sürücüsü barəsində qanunamüvafiq tədbirlər görüləcək:
"Təəssüflər olsun ki, dəfələrlə edilən xəbərdarlıqlara görülən tədbirlərə baxmayaraq hələ də yol hərəkəti qaydalarına biganə yanaşaraq özü ilə yanaşı digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan sürücülər mövcuddur. Sosial şəbəkə seqmentlərində yayılan videogörüntüdəki nəqliyyat vasitəsinin sürücüsü barəsində qanunamüvafiq tədbirlər görüləcək. Unutmaq olmaz ki, avtomobil əyləncə vasitəsi deyil".
***09:14
Azərbaycanda magistral yollardan birində yol hərəkəti qaydaları pozulub.
BAKU.WS xəbər verir ki, yolda hərəkətdə olan maşın təhlükəli manevrlər edib.
Yayılan kadrlarda iki gənc yol hərəkəti qaydalarını kobud şəkildə pozublar. Onlardan biri ayağını pedaldan çəkərək yerinə idman ayaqqabısı qoyub və maşını bu formada idarə edib. Digəri isə əylənərək maşnı sürən gəncin həmin anlarını lentə alıb.
Sosial şəbəkələrdə yayılan görüntülər xeyli qınağa səbəb olub. Onların digər yol iştirakçılarının həyatına təhlükə törətməsi etirazlar qarşılanıb.
BAKU.WS sözügedən görüntüləri təqdim edir:
Oxşar xəbərlər
Sürücü magistral yolda ayağını pəncərədən çıxarıb avtomobil idarə etdi - VİDEO
Ötən gün Ələt-Astara magistral yolunda təhlükəli anlar qeydə alınıb. Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub. Görüntülərdən aydın olur ki, “99-...