Sürücü magistral yolda ayağını pəncərədən çıxarıb avtomobil idarə etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Ələt-Astara magistral yolunda təhlükəli anlar qeydə alınıb.
Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Görüntülərdən aydın olur ki, “99-CE-853” nömrə nişanlı “Ford Tranzit” markalı avtomobilin sürücüsü ayağını pəncərədən çıxararaq və təhlükəsizlik kəmərindən istifadə etməyərək maşını idarə edib.
Hadisə ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə əlaqə saxladıq.
İdarənin ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, görüntülər aiddiyyatı üzrə yönləndirilib. Araşdırmanın nəticələri barədə məlumat veriləcək.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...