Azərbaycanda kriminal avtoritet həbs edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala sakinini bıçaqlayan şəxs tutulub.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün Car kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayevi bıçaqlayaraq hadisə yerindən qaçan, əvvəllər məhkum olunmuş Nəriman Kərim oğlu Qurbanəliyev tutulub.
Qeyd edək ki, məlum hadisə ötən gün axşam saatlarında rayonun Car kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayev bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı İ.Musayevin yaşadığı kəndin ərazisində bıçaqlandığı məlum olub. Yaralı dərhal cərrahiyyə əməliyyatına götürülüb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, hadisəni törədən N. Qurbanəliyev kriminal aləmdə “Disko Nəriman” adı ilə tanınır. O, bir müddət əvvəl həbsdən buraxılıb.
N. Qurbanəliyev əvvəllər Zaqatalada “obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb.
Onu da əlavə edək ki, “obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...