Azərbaycanda korrupsiyaya görə intizam məsuliyyətinə cəlb olunan və işdən çıxarılan hakimlərin sayı açıqlanıb

Azərbaycanda korrupsiyaya görə intizam məsuliyyətinə cəlb olunan və işdən çıxarılan hakimlərin sayı açıqlanıb
Hadisə 82

Azərbaycanda intizam məsuliyyətinə cəlb olunan və işdən çıxarılan hakimlərin sayı açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "report"a Məhkəmə-Hüquq Şurasının iclasında məlumat verilib.

Bildirilib ki, ötən dövrdə korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

İclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib.

Həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu il 14 hakimin fəaliyyətində çatışmazlıqlar aşkarlanıb, 3-nün səlahiyyətlərinə xitam verilib

Bu il 14 hakimin fəaliyyətində çatışmazlıqlar aşkarlanıb, 3-nün səlahiyyətlərinə xitam verilib

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, iclasda bildirilib ki, ötən il Şura tərəfindən mü...

76 Hadisə 21:23 21 dekabr 2021

Son xəbərlər