Azərbaycanda kişi qəbirdaşındakı yazıya görə yeznəsini məhkəməyə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda kişi bacısının ərini qəbirdaşına görə məhkəməyə verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonu ərazisində baş verib.
Ağcabədi rayon sakini İdris Fərzəliyev bir müddət Rusiyada dayılarının yanında yaşayıb.
2024-cü ildə İ.Fərzəliyev müəmmalı səbəbdən ölüb və onun nəşi Azərbaycana gətirilərək dəfn olunub. İ.Fərzəliyevin atası onun məzardaşına "Dayıları tərəfindən işgəncələrə məruz qalıb xüsusi amansızlıqla öldürülən oğlum" yazısı yazdırıb. Bu yazını görən İ.Fərzəliyevin yeznəsini məhkəməyə verib.
O, xüsusi ittiham qaydasında Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, bacısının həyat yoldaşının onu təhqir etdiyini bildirib.
Müraciət məhkəmə tərəfindən qəbul edilsə də, ittihamçı məhkəmə proseslərinə qatılmayıb.
Bundan sonra isə iddiaçı şikayətini geri götürüb. Nəticədə Ağcabədi Rayon Məhkəməsi işə xitam verib.
Oxşar xəbərlər
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb. BAKU.WS "Report"a istinadən xəbər veri...