Azərbaycanda kişi qonşusunu bıçaqladı
07
sen
2021
10:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Samux rayonunun Kolayır kəndində bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü kənd sakini Raqif Balakişiyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisəni onun qonşusu 1994-cü il təvəllüdlü Pərviz Xəlilov törədib.
O, Samux rayon polis şöbəsinin keçirdiyi əməliyyat zamanı saxlanılıb və ilkin dindirmədə qonşusuna bir bıçaq zərbəsi vurduğunu etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda oğlan sevdiyi qızı küçədə qətlə yetirib - Dəhşətli qətlin TƏFƏRRÜATI
Bakıda sevdiyi qızı bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Pərviz Paşapurun cinayət işinə baxılıb. BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Y...