Azərbaycanda kişi elektrik dirəyinə çıxaraq intihara cəhd etdi - VİDEO

Azərbaycanda kişi elektrik dirəyinə çıxaraq intihara cəhd etdi - VİDEO
Video
Hadisə 64

Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin xilasediciləri tərəfindən xilasetmə əməliyyatı həyata keçirilib.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, dünən axşam saatlarında Mingəçevir şəhərinin İncilli yaşayış massivində 1 nəfər hündürlüyü 20 metr olan yüksək gərginlikli elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər.

Qısa müddət sonra əraziyə Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbət nəticəsində intiharın qarşısı alınıb, vətəndaş aşağı düşürülərək hüqüq-mühafizə orqanlarına təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər