Azərbaycanda kişi arvadını iplə boğaraq öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 18-də səhər saatlarında Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla 1993-ci il təvəllüdlü Anar Salmanovun həyat yoldaşını qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı N.Salmanovanı iplə boğaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Salmanov saxlanılaraq istintaqa verilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
“Uşaq səndən deyil” sözünə görə hamilə arvadını dənizdə boğdu - İSTİNTAQ MATERİALLARI
2020-ci ilin avqustun 7-də 1986-cı il təvəllüdlü Anar Əhmədovun hamilə həyat yoldaşı Şəhanə Əhmədovanı dənizdə boğub öldürməsinin təfərrüatı məlum olub. BAKU.WS...