Azərbaycanda kassir yarım milyonluq mənimsəməyə görə həbs edildi

Azərbaycanda kassir yarım milyonluq mənimsəməyə görə həbs edildi
Hadisə 172

Şəmkirdə mağazada baş vermiş mənimsəmə faktı ilə bağlı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə BAKU.WS-ə Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, Şəmkir rayon sakini Ramin Əliyevə məxsus “Zirvə” adlı marketdə pul vəsaitinin mənimsənilməsi faktı bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə istintaq aparılır.

İstintaqla həmin mağazada kassir işləmiş Şəmkir şəhər sakini Laura Əliyevanın işlədiyi 2017-2020-ci illər ərzində ona etibar edilmiş 451 min 688 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müyyən edilib.

Dekabrın 17-də Laura Əliyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məhkəmə Vüqar Səfərli barədə yeni qərar verdi

Məhkəmə Vüqar Səfərli barədə yeni qərar verdi

Binəqədi rayon Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəh...

212 Hadisə 10:39 16 may 2021

Son xəbərlər