Azərbaycanda "iş yerlərinə silahlı hücum olacaq" deyən şəxs polisi ayağa qaldırdı

Azərbaycanda iş yerlərinə silahlı hücum olacaq deyən şəxs polisi ayağa qaldırdı
Hadisə 765
Avqustun 18-də, saat 12.42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, araşdırmalar zamanı qeyd edilən telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb.O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbiləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər