Azərbaycanda iki avtomobili sel apardı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qubada iki avtomobili sel aparıb.
BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, hadisə Vəlvələ çayının rayonun Yerfi və Dərk kəndləri ərazisindən keçən hissəsində baş verib.
Şahidlərin sözlərinə görə, çaydan keçmək istəyən iki avtomobil sel sularına tuş gəlib. Nəticədə “Niva” və UAZ markalı iki avtomobil çayda batıb.
Avtomobildə olan şəxslər xilas olunsa da, nəqliyyat vasitələri sel sularının altında qalıb. Daha sonra əraziyə xüsusi texnikalar cəlb edilib. “Niva” markalı avtomobili çıxarmaq üçün əraziyə gələn “QAZ 66” markalı avtomobilin cəhdi isə uğursuz alınıb.
Ardınca traktor vasitəsi ilə avtomobilləri çıxarmaq mümkün olub. UAZ markalı avtomobil tamamilə istifadəyə yararsız vəziyyətə düşüb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....