Azərbaycanda icra başçısı yol qəzasına düşdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 12-də axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan-Şərur avtomobil yolunda qeydə alınıb.
Şərur istiqamətində hərəkət edən "Mitsubişi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb.
Avtomobildə tək olan M.Seyidov heç bir bədən xəsarəti almayıb.
Digər avtomobilin sürücüsü isə yüngül zədələnib.
Qalereya
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...