Azərbaycanda icra başçısı avtomobillə adam vurub? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi onlayn kütləvi informasiya vasitələrində guya Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı məlumat dərc olunub.
Məsələ ilə bağlı Neftçala rayon İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir. Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır.
İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırıb: "Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək".
Oxşar xəbərlər
Müdafiə Nazirliyi hospitalın əməkdaşı iddia edilən şəxslə bağlı məlumatlara aydınlıq gətirib
"Bəzi kütləvi informasiya vasitələrində guya Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında çalışan Əliyeva Hürnisə adlı şəxsin Vətən müharibəsində sağlamlığını...