Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı

Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı
Hadisə 1577

"Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar".

Bildirilib ki, hazırda araşdırmalar davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

DTX-nin saxladığı general kimdir? - FOTO

DTX-nin saxladığı general kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərh...

28376 Hadisə 23:34 14 may 2020

Son xəbərlər