Azərbaycanda futbolçu faciəvi şəkildə öldü - FOTO
19
yan
2023
11:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 21 radələrində İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.
Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.
Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif "İmişli" futbol klubunun yeniyetmələrdən ibarət yığmasında qapıçı olaraq çıxış edirmiş.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda daha bir məktəbdə faciə – Bir şagird öldü, ikisi saxlanıldı
Bakıda daha bir məktəblinin faciəvi ölümü ilə bağlı məlumat yayılıb.“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 21-də təxminən saat 12:00 radələrində 123 nömrə...