Azərbaycanda “Ford Tranzit” “KamAZ”a çırpılıb: Ölən və yaralanan var - FOTO

Azərbaycanda “Ford Tranzit” “KamAZ”a çırpılıb: Ölən və yaralanan var - FOTO
Foto
Hadisə 4

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, içi pomidorla dolu olan “Ford Tranzit” markalı yük avtomobili Ucar istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan Bərdə rayon sakini, Qurbanzadə Aminin idarə etdiyi və yük yerində mişar daşı ilə dolu olan “KamAZ”a çırpılıb.

Nəticədə “Ford Tranzit”dəki iki nəfər - Gəncə şəhər sakinləri, sürücü 39 yaşlı İsgəndərov Ramin Akif oğlu və onun sərnişini Heydərov Ramin Sabit oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Son məlumata görə, Gəncə sakini Ramin Heydərov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər