Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı - FOTO

Azərbaycanda fəhlələri daşıyan avtobus aşdı - FOTO
Foto
Hadisə 565
Bu gün səhər saatlarında Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən quşçuluq fabrikinə məxsus “PAZ-672” markalı avtobus kənd ərazisində yoldan çıxaraq aşıb.BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, hadisə baş verən zaman avtobus yavaş sürətlə hərəkət etdiyindən fabrikə işə gedən fəhlə qadınlardan bir nəfər - Salyan şəhər sakini, 48 yaşlı Könül Məmmədhəsən qızı Abdulova xəsarət alıb.O dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.Faktla bağlı araşdırma aparılır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər