Azərbaycanda elektrovoz “Nazlifan”la toqquşdu - FOTO

Azərbaycanda elektrovoz “Nazlifan”la toqquşdu - FOTO
Foto
Hadisə 6

Bu gün saat 07:10 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Sitalçay yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 75-Vl-639 olan “Nazlifan” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın yoluna çıxıb.

Bu barədə BAKU.WS-ə ADY-dən bildirilib.

Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.

"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda elektrovoz avtomobillə toqquşub

Azərbaycanda elektrovoz avtomobillə toqquşub

Noyabrın 13-də, axşam saatlarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Yeni Suraxanı stansiyası yaxınlığında hərəkətdə olarkən dövlət qeydi...

3 Hadisə 12:32 14 noyabr 2023

Son xəbərlər