Azərbaycanda dəhşətli qəzada ölən müğənni imiş... - FOTO
06
mar
2022
10:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 4-də İmişlidə baş verən dəhşətli qəzada ölən şəxsin müğənni olduğu müəyyənləşib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Cəlilabad sakini, 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğludur.
Belə ki, ifaçı həmin gün səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq su kanalına aşıb. Nəticədə Bəxtiyar Abasov həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qəzada ölən qardaşlarının yasına gedən bacılar da qəzada öldü - VİDEO
Kürdəmirdə 4 nəfərin ölümü, 7 nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. BAKU.WS xəbər verir ki, Daxili İşlər Na...