Azərbaycanda dəhşətli qəza - Ölənlər var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaşda faciə ilə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.WS xəbər verir ki, hadisə iyunun 29-da səhər saat 5:30 radələrində rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Ramiz İbrahim oğlu Salmanovun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində “Mercedes”də olan 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisi cəlb edilib. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...