Azərbaycanda dəhşətli qətlin TƏFƏRRÜATI: "Günah atamdadır" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 7-də səhər saatlarında Masallının Təzə Alvadı kəndində qətl törədilib.
BAKU.WS xəbər verir ki, kənd sakini 48 yaşlı Sədaqət Səfərova çoxsaylı bıçaq xəsarətləri nəticəsində dünyasını dəyişib.
Müəyyən edilib ki, Sədaqət Səfərova həyat yoldaşı 59 yaşlı Gülağa Bəndəliyev tərəfindən qətlə yetirilib. Qətli törədən Gülağa daha sonra özünə də xəsarətlər yetirib.
Qeyd edək ki, dünyasını dəyişən S.Səfərova kənddəki marketlərin birində çalışırdı. Qətl də həmin marketin qarşısında, qadın işə gedən zaman baş verib.
Mərhumun yaxınları "AStar" kanalına bildirib ki, Sədaqət Səfərova inanclı, abırlı qadın olub və kənddə mağazada satıcı işləyib. Gülağa Bəndəliyev isə içki aludəçisi olub. Buna görə də mərhum Gülağa Bəndəliyevdən ayrılmışdı.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Oxşar xəbərlər
Salyanda arvad və 4 qızın öldürüldüyü qətlin sirri - ŞOK TƏFƏRRÜAT (FOTO)
Salyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3 il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə Əliyeva və 4 qızı - İradə, Rəqibə, S...