Azərbaycanda dəhşətli cinayət - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda boşandığı həyat yoldaşını qısqanan kişi özünü və qonşusunun ailəsini yandırıb.
BAKU.WS Xəzət TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində biri azyaşlı olmaqla, 4 nəfər xəsarət alıb
41 yaşlı kişi 6 il öncə ayrıldığı həyat yoldaşına görə qonşusunu yandıraraq öldürmək istəyib. Bu zaman özü ilə bərabər, 4 nəfər ağır yanıq xəsarətləri alıb. Hadisə Sumqayıt şəhər Xəzri yaşayış massivində qeydə alınıb.
Anar Məmmədov qonşunun həyətinə keçərək benzini onların yaşadığı evin pəncərəsindən içəri atmaq istəyib. Elə hər şey də bundan sonra baş verib.
Yanğın zamanı 41 yaşlı kişi ilə bərabər qonşuları - 58 yaşlı Oruc Qocayev, 28 yaşlı Günay Qocayeva və 5 yaşlı Həsən Qocayev də müxtəlif yanıq xəsarətləri alıblar. Hər 4 şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Anar Məmmədovun bədəninin bütün hissəsi yandığından vəziyyəti ağırlaşıb. O, təcili tibbi yardım avtomobili ilə Bakı Yanıq Mərkəzinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...