İsmayıllıda üç avtomobil toqquşub: 2 ölü, 6 yaralı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 09:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (3 kişi, 3 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
BAKU.WS xəbər verir ki, xəstəxanadan report-un sorğusuna cavab olaraq bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin açıq yaraları və küt tramaları, alt çənənin hematoması, oma sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
***
İsmayıllıda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun "Şirin su" adlanan ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı "Ford", "Hyundai" və VAZ-2111 markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Sabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel...