Azərbaycanda İcra Hakimiyyətinin binasında əməliyyat: Müavinlər saxlanılıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluğun Mətbuat xidməti Abşeron Rayon İcra Hakimiyyətinin binasında aparılan xüsusi əməliyyat barədə məlumatı təsdiqləyib.
BAKU.WS-in virtualaz.org-a istinadən məlumatına görə, əməliyyatın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
12:23:14
Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.
BAKU.WS xəbər verir ki, jurnalist Eynulla Fətullayevin verdiyi məlumatda binada Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi bildirilir.
O bildirib ki, icra başçısının müavinlərinın hamısı saxlanılıb.
Qeyd edək ki, Abşeronun icra başçısı Gülməmmədova İradə Akif qızıdır. Onun I müavini Həsənov Məhəmməd, müavinləri isə Cəbrayılov Fuad və Quluyev İlhamdır.
İ.Gülməmmədova 2015-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısıdır.

Oxşar xəbərlər
Peşə Məktəbinin direktoru korrupsiyaya görə tutulub
Oğuz Peşə Məktəbinin direktoru korrupsiyaya görə tutulub. BAKU.WS bununla bağlı Təhsil Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə açıqla...