Azərbaycanda çimərlikdə mina aşkarlandı
29
may
2023
14:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda Xəzər dənizinin sahilində mina tapılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub.
Əraziyə mütəxəssislər cəlb edilib. İnsanlar təxliyə edilməklə təhlükəsizlik tədbirləri görülüb və mina zərərsizləşdirilib.
Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.
Oxşar xəbərlər
Kəlbəcər və Daşkəsəndə basdırılan minalar zərərsizləşdirilib - FOTO/VİDEO
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kəlbəcər və Daşkəsən rayonları ərazisində qarşı tərəfd...