Azərbaycanda birgə yaşadığı qadını baltalayan şəxs tutulub - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda 21 yaşlı arvadını baltalayan Şəhriyar Bayramov tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev deyib.
O bildirib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanılıb.
Ş,Bayramov şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
*** 09:48
Cəlilabad sakini arvadını baltalayıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb.
Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.
Oxşar xəbərlər
Çoban Tovuzda tək qalan müəllimi zorladı - Gecəyarısı təcavüz
Tovuz rayonunda qadına təcavüzdə ittiham olunan 1994-cü il təvəllüdlü Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf.com”a istin...