Azərbaycanda baş həkim vəfat etdi - FOTO

Azərbaycanda baş həkim vəfat etdi - FOTO
Hadisə 2878

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Lətif Abasov bu gün səhər saatlarında kəskin ürək çatışmazlığı səbəbilə vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Abasov Lətif Bahadır oğlu 1965-ci ildə Bakı şəhərində anadan olub.

O, 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə M.A.Topçubaşov adına Elmi-Tədqiqat İnstitutunda anestezioloq-reanimotoloq ixtisası üzrə internatura keçib. Təhsil almaqla yanaşı, o, 1986-1988-ci illərdə Milli Onkologiya Mərkəzində tibb qardaşı kimi çalışıb.1989-cu ildə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyətə başlayıb.

2006-cı ildən 2019-cu ilədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini, 2020-ci ildən hazıradək baş həkim vəzifəsində fəaliyyət göstərib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB

Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnolo...

2049 Hadisə 19:09 02 yanvar 2022

Son xəbərlər