Azərbaycanda avtomobil traktorla toqquşub: 6 nəfər xəstəxanaya yerləşdirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ-21015 markalı minik maşını qoşqulu traktorla toqquşub. Qəzadan sonra VAZ yoldan çıxaraq aşıb.
Hadisə zamanı 6 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar Şəmkir rayon sakinləri - 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 1969-cu il təvəllüdlü Şahnaz Namazova, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 2011-ci il təvəllüdlü Aytən Rüstəmli və 2014-cü il təvəllüdlü Kənan Rüstəmlidir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi
Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib. Teleqraf.com-un məlumatına görə, Kənan 29 may 2022-ci ildə saat 13 radələrind...