Azərbaycanda avtobus sürücüsündən 7 yaşlı qıza qarşı vəhşilik - İnanılmaz SƏBƏB - TƏFƏRRÜAT
12
okt
2019
11:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonu Viyən kəndində azyaşlı qız qonşu kişi tərəfindən vəhşicəsinə döyülüb.Kənd sakinlərinin BAKU.WS-ə verdiyi məlumata görə, 7 yaşlı Zəhranı döyən (ad şərtidir) kənd sakini Əliyev Sadiqdir. Hadisə belə baş verib; avtobus sürücüsü işləyən S.Əliyev evdə yatan zaman həyətdə oynayan uşaqların səsinə oyanıb və əsəbi halda bayıra cumub. İlk olaraq əlinə keçən Zəhra olub. O, qızcığaza vəhşicəsinə zərbələr endirib.Azyaşlı başından, üzündən, gözündən və bədənindən çoxsaylı xəsarətlər alıb. Zərbələrin gücündən Zəhranın qulağındakı sırğa belə qırılıb.Uşağın atası Abdullayev Nail qızının döyülməsilə bağlı Lənkəran rayon Polis İdarəsinə şikayət edib. Növbətçi hissədən BAKU.WS-ə verilən məlumata görə, hadisə təhqiqatçı tərəfindən araşdırılır.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Suriyalı qardaşlar azərbaycanlı qadını vəhşicəsinə döyüblər - FOTO
Azərbaycandan olan mühacir qadın Almaniyada sakini olduğu qaçqınlar üçün sığınacaqda vəhşicəsinə döyülüb.BAKU.WS xəbər verir ki, bu barədə Almaniyada yaşayan hü...