Azərbaycanda ata və oğlu bıçaqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunda ata və oğlu bıçaqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 9-da rayonun Kürdmaşı kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 2006-cı il təvəllüdlü Q.Gülmalıyev yaşadıqları evin həyətində həmkəndliləri - 1994-cü il təvəllüdlü Nəcəfov Cümşüd Rauf oğlu və onun atası, 1964-cü il təvəllüdlü Nəcəfov Rauf Cümşüd oğlu ilə aralarında ailə-məişət zəminində mübahisə düşüb.
Nəticədə o, R.C.Nəcəfova bir, C.Nəcəfovaya isə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.
Daha sonra Q.Gülmalıyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən şəxsin izahatı alınıb, müvafiq ekspertiza təyin olunub və polis şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...