Azərbaycanda ana və 7 yaşlı qızını maşın vurub

Şəkidə ana və azyaşlı övladını avtomobil vurub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektində baş verib. Rayon sakini Tural Məmmədov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə şəhər sakinləri - 1988-ci il təvəllüdlü Nahidə Rəsul qızı Rəhimova və onun 7 yaşlı övladı Yağmur Vüsal qızı Rəhimzadəni vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Rəhimova və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Hadisə baş verən zaman N.Rəhimova övladını məktəbə aparırmış.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Əvvəlcə cinsi əlaqədə olub, sonra sevgilisini yataqda… - Bakıda dəhşət - VİDEO
23 sentyabr 2019-cu il tarixli baxış protokoluna əsasən, Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-də, yataq otağındakı çarpayının üzərində Maya Kərimovan...
