Azərbaycanda ana 13 yaşlı qızından narkokuryer kimi istifadə edib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Narkotikdən istifadə edən gənclər olsa da satışını təşkil edənlər arasında valideyn olmuş şəxslər də var. Acınacaqlı hal isə odur ki, bəzi valideynlər öz övladlarından narkokuryer kimi istifadə edirlər.
BAKU.WS xəbər verir ki, belə hadisələrdən biri Azərbaycanda qeydə alınıb. Belə ki, qadın 13 yaşlı qızını narkokuryerliyə cəlb edib.
Həmin qadın polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı ələ keçib. Onun barəsində müvafiq həbs qərarı çıxıb.
13 yaşlı qızın isə mənəvi-psixoloji durumunu öyrənmək və qayğı göstərmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət olunub.
Ətraflı İTV-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...