Azərbaycanda AĞIR QƏZA: Yük maşınının vurduğu avtomobil piyadalara çırpıldı - Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Tərtər rayonunun Köçərli kənd sakini, 1979-cu il təvəllüdlü Şamilzadə Anar Cəfər oğlunun idarə etdiyi "Mercedes Atego" markalı yük maşını yol kənarında dayanan, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Tural Cəlal oğluna məxsus "Chevrolet Cobalt" markalı minik avtomobilinə çırpılıb.
Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan iki piyadanı vurub.
Nəticədə piyadalardan biri Göyçay rayon sakini 1993-cü il təvəllüdlü İsa Rüfət oğlu Məmmədov hadisə yerində, minik avtomobilinin sərnişini, Samux rayon sakini 2002-ci il təvəllüdlü Yusif Xudaya oğlu Quliyev isə xəstəxanaya aparılarkən yolda ölüb.
Minik avtomobilinin sürücüsü T.Məmmədov və sərnişinlər Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Elnur Fərəcullayev və 1985-ci il təvəllüdlü Elmir Əsgərli Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...