Azərbaycanda ağır qəza - Xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan rayonu ərazisində baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Həsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Elşən Nurəddin oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb.
İnəyi vurmaqdan yayınan sürücü avtomobili yolun kənarına yonəldib. Bu zaman qarşıdan gələn “QAZ-31” markalı avtomobilə çırpılaraq kollektora düşüb.
Qəza nəticəsində sürücü və daha bir sərnişin xəsarət alıb.
Sərnişin xəsarəti yüngül olduğundan tibbi yardımdan imtina edib, sürücü isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
AQTA: 31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edib. Bu barədə BAKU.WS-ə AQTA-dan mə...