Azərbaycanda ağır qəza - Uşaq öldü, yaralılar var - FOTO

Azərbaycanda ağır qəza - Uşaq öldü, yaralılar var - FOTO
Foto
Hadisə 150

Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, hadisə rayonun Qırmızı Samux sahil yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində sürücü Elnur Süleymanov xəsarət alıb.

Onun oğlu, 2014-cü il təvəllüdlü Hüseyn Süleymanov isə hadisə yerində ölüb.

Qəza zamanı Raqif Qəzənfər oğlu Məmmədov və digər bir nəfər də ağır yaralanıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

APA hadisə yerində çəkilən fotoları yayıb. Həmin fotoları təqdim edirik.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər