Azərbaycanda ağır qəza - Ölən və xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda yol qəzası olub, bir nəfər ölüb, daha biri xəsarət alıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, "Yolüstü" istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Yol qəzası zamanı Lənkəran rayon sakini, 1960-cı il təvəllüdlü Kərimov Hüseynağa Kişi oğlu və Lerik rayon sakini, 1972-ci il təvəllüdlü Ağayev Etibar Maşallah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanası çatdırılarkən H.Kərimov yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....