Azərbaycanda ağır qəza - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Həzi Aslanov küçəsində baş verib. "Range Rover"markalı avtomobil "VAZ-2106" markalı maşınla toqquşub.
Zərbənin təsirindən "Range Rover" markalı avtomobil yol kənarındakı hasara çırpılıb və aşıb.
İlkin məlumata əsasən, qəza zamanı 2000-ci il təvəllüdlü Tovuz rayon sakini İsmayılov Orxan Mehdi oğlu və daha iki nəfər xəsarət alıb.
Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyətləri orta ağırdır. Yaralılardan biri qadındır və o Gəncə şəhərində yerləşən Xəstəxanalardan birinə göndərilib.
Hər üç yaralı "VAZ 2106" markalı avtomobildə olub.Faktla bağlı araşdırma başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslər...