Azərbaycanda ağır qəza - 5 nəfər yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gənəcədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.
"Chevrolet" markalı avtomobillə "VAZ-2106" markalı avotomobil toqquşub. Nəticədə "Chevrolet" markalı avtomobildə olan sərnişinlər xəsarət alıblar.
Həmin şəxslər bunlardır: Həsənova Tinatin İbrahim qızı, Səmədova Humay Teymur qızı (1962), Əliquzuyeva Ulduz Dilən qızı (1982) və avtomobilin sürücüsü Əhməd adlı şəxs.
Qəza zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Qoçuyev Bəhruz Xanoğlan oğlu da müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar Gəncə şəhərindəki bir neçə xəstəxanaya yeləşdirilib. Xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...