Azərbaycanda ağır qəza - 4 nəfər xəsarət aldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəy rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobillə qarşı tərəfdən gələn "VAZ 21 011" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobildə olan sərnişinlərdən 24 yaşlı Nurlan İmamquliyev və 37 yaşlı Elnur Əliyev, hazırda şəxsiyyəti dəqiqləşdirilən daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, qəza yüksək sürət səbəbindən baş verib. Faktla bağlı araşdırma başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə
Lənkəran şəhərində intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Elnur Həbibzadənin cinayət işi üzrə məhkəmə prosesi başa ça...