Azərbaycanda 8-ci sinif şagirdi ərə verilib? - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Azərbaycanda 8-ci sinif şagirdi ərə verilib? - DİN-dən AÇIQLAMA - YENİLƏNİB
Hadisə 3

"Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub".

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə məlumat daxil olub.

Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.:

"Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər.

Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq".

***13:57

Azərbaycanda 8-ci sinif şagirdini ərə verirlər. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən məsələ ilə bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.

***12:50

Azərbaycanda 8-ci sinif şagirdini ərə verirlər.

BAKU.WS "bakıvaxtı.az"-a istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonu Muradxan kəndinin Gəncəli məhəlləsində baş verib.

Qeyd edək ki, hər iki tərəfin bu evliliyi razılıqla qarşıladığı bildirilib. Kürdəmir rayon sakinləri adıçəkilən kənddə belə hadisələrin tez-tez baş verdiyini, azyaşlı qızların evləndirildiyini bildirilər: "Burda 8-9-cu sinif şagirdi olan qızların nişanlamnası adi hal alıb".

Bakıvaxtı.az məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.Əlavə məlumat veriləcək.

Son xəbərlər