Azərbaycanda 47 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları tərəfindən, 4-5 yanvar tarixlərində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) BAKU.WS-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Yeni ilin ilk günü yol qəzalarında 6 nəfər ölüb
Azərbaycan Respublikasının daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat x...