Azərbaycanda 45 yaşlı kişi qətlə yetirildi, kürəkən saxlanıldı
13
sen
2024
08:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni 1995-ci il təvəllüdlü Şeydayev Elbrus Eldəniz oğlu saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....