Azərbaycanda 31 yaşlı kişinin əlində fişəng partlayıb
20
mar
2024
19:38
Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü E.Novruzovun əlində pirotexniki vasitə (fişəng) partlayıb.
O, əlindən ağır xəsarətlər alaraq, rayon xəstəxanasına aparılıb. E.Novruzova ovuc və ovuc nahiyəsinin cırılmış yaraları, vətər, sinir və damarların zədəsi, ikinci barmağın distal amputasiyası və cırılmış yaraları, əl sümüklərinin sınıqları diaqnozu qoyulub.
Yaralıya zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Oxşar xəbərlər
Azərbaycana qaçaqmalçılıqla gətirilən 300 min manatlıq pirotexniki vasitə ələ keçdi - FOTO/VİDEO
Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində topdan satışının qarşısının alınması istiqamətində əməliy...