Azərbaycanda 19 yaşlı oğlan Youtube videosuna görə intihara cəhd etdi
08
sen
2019
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə intihara cəhd hadisəsi baş verib.BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, 2000-ci il təvəllüdlü Abdulkərimov Kamal Rafiq oğlu mal-qaranı bitdən qorumaq üçün istifadə edilən dərmandan içib.Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilən Şatrlı kənd sakininin vəziyyətinin ağır olduğu bildirilir.Qeyd edək ki, bir müddət əvvəl Kamal feysbukda naməlum şəxslərlə mübahisə edib. Nəticədə onun dava etdiyi şəxslər Abdulkərimovun şəkillərindən ibarət video hazırlayaraq təhqiramiz ifadələrlə Yutubda paylaşıblar.Yaxınlarının verdiyi məlumata görə, videonun silinməsi üçün Kamal hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin video silinmədiyi üçün o, özünü öldürmək istəyib.
Oxşar xəbərlər
Abşeronda 30 yaşlı qız intihara cəhd edib
Abşeron rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə rayonun Quşçuluq massivi adlanan ərazisində qeydə...