Azərbaycanda 17 yaşlı qız yenidən itkin düşdü
11
mar
2023
10:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə martın 9-da şəhər ərazisində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 2006-cı il təvəllüdlü Bayramova Ceyran Sahəddin qızının yaşadığı evdən işə getmək məqsədilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.
Qeyd edək ki, C.Bayramova ötən ilin noyabr ayında da itkin düşmüşdü. Daha sonra o, polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilmişdi.
Oxşar xəbərlər
İtkin düşmüş 16 yaşlı qız tapıldı - YENİLƏNİB
Gəncə şəhərində itkin düşən gənc qız tapılıb. BAKU.WS Report-a istinadla xəbər verir ki, 2006-cı il təvəllüdlü Bayramova Ceyran Sahəddin qızı polis əməkdaşları...