Atasını öldürməkdə şübhəli bilinən 16 yaşlı məktəbli tutulub - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Biləsuvar rayon Prokurorluğundan bildirilib.
İlkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılıb.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***08:44
Biləsuvarda qətl hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.
Oktay Balaqardaş oğlu Soltanov yaşadıqları mənzildə övladı tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Atasını öldürdüyü deyilən oğul 16 yaşlı məktəblidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Masallıda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB
İyulun 30-u saat 18 radələrində Masallı rayon sakini 1979-cu il İlkanə Məmmədovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat...