Azərbaycanda 15 yaşlı yeniyetməni at belində ildırım vurdu - FOTO

Azərbaycanda 15 yaşlı yeniyetməni at belində ildırım vurdu - FOTO
Foto
Hadisə 1984

Ağstafa rayonunda 15 yaşlı yeniyetməni ildırım vurub.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb.

Tovuz rayon Aşağı Quşcu kənd sakini Süleymanov Roman Elman oğlunu ildırım vuraraq öldürüb.

İlkin məlumatlara görə, hadisə zamanı Roman Süleymanov at belində olub. Yeniyetmənin bədəninin müəyyən hissəsinin yandığı deyilir. Hadisənin ferma yaxınlığında olduğu bildirilib. Mərhum evin tək oğlu olub.

Hadisə yerinə polis və prokurorluq rəsmiləri gəlib. Hadisə araşdırılır.

İlham Məmmədov

Oxşar xəbərlər

6 otaqlı yaşayış evi belə yandı – VİDEO

6 otaqlı yaşayış evi belə yandı – VİDEO

Tovuzda yaşayış evində yangın olub.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.Tovuz rayon Bayramlı kənd sa...

613 Hadisə 08:54 25 iyun 2019

Son xəbərlər